Daha telefonumuza mahnı yükləməyək? "Müharibə" başlanır - VİDEO

5-02-2021, 00:07           
Daha telefonumuza mahnı yükləməyək? "Müharibə" başlanır - VİDEO
Murad Arifin Mədəniyyət Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə çağırışları, belə görünür ki, yeni müharibənin əsasını qoyacaq
Müğənni-bəstəkar Murad Arif MP3 saytlarının yığışdırılması üçün etirazını bildirib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni müraciətini "Facebook" hesabında paylaşıb: "Bəllidir ki, musiqiçi heç bir teatrdan, klubdan, TV və radiodan qonorar almır. Belə olan halda, ümid qalır yalnız "Musiqisini satmağa"... O da alınmır. Çünki ölkəmizdə MP3 saytlar, "Youtube"dan MP3 yükləyən saytlar və proqramlar, bir sözlə, piratçılıq imkan vermir".

Müğənni aidiyyəti qurumlara müraciət ünvanlayıb: "Əsl yaradıcılıq, əsl kreativlik əslində mahnı, albom satılanda meydana gəlir. Özəl məclislərə göz dikməyən ifaçılar da başlayırlar müxtəlif mövzuda, janrda, ritmdə maraqlı işlər təqdim etməyə. Hörmətli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, bütün sənətçilər adından xahiş edirik. Ölkə ərazisində MP3 saytlarını və MP3 Konvertasiya səhifələrini (texniki olaraq) əngəlləmək çətin deyil. Bu, həll olunan məsələdir. Sadəcə bununla maraqlanmaq, bu problemi aradan qaldırmaq lazımdır. Daha sivil, daha qayda-qanunlu şou-musiqi sektorumuz olsun. Ən azı "alternativ" janr ifaçıları da qazana bilsinlər, sənətçilərdə də yaradıcılıq stimulu yaransın. MP3 Piratçılığa Son!"sputnilk.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.