Klunilər ailəsi Navalnıya belə dəstək oldu

5-02-2021, 11:55           
Klunilər ailəsi Navalnıya belə dəstək oldu
Dünyaca məşhur aktyor Corc Kluni və onun insan hüquqları üzrə vəkil xanımı Amal Rusiyada baş verənlərə reaksiya göstərib.

“Qafqazinfo” xəbər verir ki, cütlük sosial şəbəkədə post paylaşaraq müxalif lider Aleksey Navalnının həbs olunmasından narahatlıqlarını ifadə ediblər. Həmçinin Navalnı ilə bağlı növbəti məhkəmə proseslərini izləyəcəklərini qeyd ediblər.

“Navalnı hazırda Avropa İnsan Hüquqları Məhkəməsinin əsassız olaraq təyin etdiyi və Rusiyanın müxalif liderə təzminat ödəməli olduğu bir hökm əsasında həbsdədir. Dəlillərlə birbaşa Putin rejimini göstərən Navalnının zəhərləndiyi və az qala ölməsini də qeyd edirik. Bu cinayət müstəqil olaraq araşdırılmalı və cinayətkarlar ən qısa müddətdə mühakimə olunmalıdır”,- deyə Klunilər bildirib.

Corc və Amaldan başqa Navalnını dəstəkləyən taktyor Mark Ruffalo da müxalif siyasətçinin sərbəst buraxılmasına dair paylaşım edib.

Xatırladaq ki, fevralın 2-si Moskvanın Simonovski şəhər məhkəməsi Navalnının “İv Roşe” işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik həbs cəzası ilə əvəz etmişdi. Navalnının həbsi ümumi rejimli cəzaçəkmə müəssisəsində davam edəcək. Onun “İv Roşe” işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alınaraq həbsxanada 2,5 il cəza çəkəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru