Müğənni Ayan Türkiyədə şirkət açıb, onunla dolanır

8-02-2021, 06:14           
Müğənni Ayan Türkiyədə şirkət açıb, onunla dolanır
Müğənni Ayan Babakişiyeva “Hüseynova Bacıları” proqramının qonağı olub. Sənətçi “Pandemiya dövrüdür, toylar da yoxdur, dolanışığını necə təmin edirsən” sualına belə cavab verib: “Tək müğənniliklə dolanmıram. 3 il Türkiyədə yaşadım.

Başımı işlədərək orada böyük bir şirkət açdım. İxracat şirkətidir. Lakin pandemiya olduğundan o iş də dayandı. Ondan 2 il əvvəl isə yaxın rəfiqəmin böyük fabriki var idi, ora kiçik hissədar kimi şərik oldum. İndi ordan gələn gəlirlə həyatımı normal şəkildə təmin edə bilirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru