Əfsanəvi "The Supremes" qadın musiqi qrupunun həmtəsisçisi və solisti Meri Uilson vəfat edib.
Teref.az axşam.az-a istinadən bildirir ki, Uilson Nevada ştatının Henderson şəhərindəki evində qəflətən dünyasını dəyişib. 76 yaşlı müğənninin ölüm səbəbi isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, "The Supremes" qrupu 1977-ci ildə dağıldıqdan sonra Uilson solo karyerasına başlayıb.