Cici Hadidin sızanaqla mübarizə üsulu həkimləri narahat etdi

12-02-2021, 09:34           
Cici Hadidin sızanaqla mübarizə üsulu həkimləri narahat etdi
Super model Cici Hadidin sızanaqlarla mübarizə üsulu həkimlərin narahatlığına səbəb olub.

Bu barədə “Insider” xəbər yayıb.

25 yaşlı məşhur sosial şəbəkədə dəriyə qulluq və üzdəki qara nöqtələri necə yox etdiyini deyib.

“Mən düz iltihab yerinin üstünə dış məcunu sürtürəm və o, quruyur. Bunu dediymə görə cəhənnəmə düşə bilərəm, ancaq bu, mənim üsulumdur”, - deyə o bildirib.

Nyu-Yorklu dermatoloq Haydi Uoldorf Hadidin dediyi üsulun nəinki qeyri-effektiv olduğunu, həmçinin iltihab yarada və sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. O, bunu diş məcunlarının tərkibində natrium lauril sulfat kimi maddələrin, həmçinin dərini qıcıqlandıran florid və soda olduğu ilə əlaqələndirib.

Bundan əlavə, mütəxəssisin fikrincə, natrium lauril sulfat təbii yağ və zülal baryerini dərinin səthindən təmizləyir, bu da dəri yağının daha aktiv ifrazına gətirir, nəticədə yeni sızanaqların yaranmasını təhrik edir.

Bunun əvəzinə, həkim salisil turşusu məhsullarının istifadəsini məsləhət görüb. Belə məhsullar bakteriyalar, viruslar və göbələklərlə mübarizə aparır, həmçinin sebum istehsalına nəzarət edir.oxu.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru