Xoşqədəm özünə qarğış etdi: “Allah məni öldürsün“ - Video

12-02-2021, 10:46           
Xoşqədəm özünə qarğış etdi: “Allah məni öldürsün“ - Video
Anasından imtina edən qadını teleaparıcı Xoşqədəm Hidayətqızı studiyadan çıxarıb.

Yenisabah.az xəbər verir ki, “Səni axtarıram” proqramına gələn yaşlı qadına qızı günlərdir sahib çıxmır.

Ötən gün efirə gələn Laləzar son qərarını verərək anasından imtina edib, onun qocalar evinə göndərilməsini istəyib.

Onun qərarına hiddətlənən aparıcı qadını sərt şəkildə qınayıb və ondan studiyanı tərk etməyini istəyib:

“Mən bütün təklifləri etdim. Kirayə pulunu mən özüm verirəm, onun yemək xərclərini də verəcəm. Dedim ki, qızının yanında daha yaxşı yaşayar. İmtina edib gedirsiniz. Bu dəhşətli səhnədir, heç bir anaya bunu rəva bilmirəm. Allah məni öldürsün, canımı alsın, amma bu səhnəni mənə yaşatmasın. Ananın oğlunu axtarıram, onun 5 otaqlı evini satıb, çıxıb gedib Rusiyaya. Qızı açıq şəkildə imtina etdi, mən utandım. Gec ya tez bu gündən sənə də var. Öz bacısının yetim qalan balalarına sahib çıxmayan qadına, mən anana sahib çıx deyə bilmərəm. Durun gedin, studiyadan çıxın! Allah eşqinə çıxın gedin. Bir gün bu hadisələr sizin də başınıza gələcək".

Həmin görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru