Dünyanın ən gənc milyarder qadını o oldu

14-02-2021, 19:18           
Dünyanın ən gənc milyarder qadını o oldu
Bu barədə məşhur “Forbes” jurnalı yazıb

“Bumble” tanışlıq xidmətinin qurucusu və rəhbəri, 31 yaşlı Vitni Volf Herd (Whitney Wolfe Herd) dünyanın ən gənc qadın milyarderi olub.

Bu həftənin cümə axşamı günü “Bumble” mobil tətbiqinin səhmlərinin qiyməti ilkin tədavüllə (IPO) müqayisədə 77 % artıb. Son nəticədə səhmlərinin 11,6 %-nə nəzarət edən gənc sahibkarın sərvəti 1,6 milyard ABŞ dollarına çatıb.

Xatırladaq ki, “Bumble” bazara çıxarılandan ABŞ-da ən sürətlə inkişaf edən tanışlıq xidmətlərindən biri olub. Şirkətin uğurları sayəsində V.V.Herd ötən il “Forbes”in “ABŞ-ın ən uğurlu qadın sahibkarları və icraçı qadınları” siyahısına daxil olub. O həm də “30-30” mükafatının da laureatıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.