Castin Timberleyk Britni Spirsdən üzr istədi

15-02-2021, 07:36           
Castin Timberleyk Britni Spirsdən üzr istədi
Məşhur müğənni və aktyor Castin Timberleyk vaxtilə birlikdə yaşadığı digər bir ulduz ifaçı Britni Spirsdən üzr istəyib.

“Star Hit” nəşrinin məlumatına əsasən, Timberleyki buna vadar edən səbəb fevralın 10-da Britni haqqında çəkilmiş “Britni Spirsi zərbə altında qoymaq” filminin ekranlara çıxması olub.

Belə ki, filmdə Timberleykin xəyanətindən sonra cütlüyün ayrılması və bu ayrılığın Spirsin həyatında dərin iz buraxması, onun ciddi psixoloji sarsıntı keçirməsi, bununla əlaqədar karyerasında böyük problemlər yaşaması əks olunur.

Castin bildirib ki, yaranmış vəziyyətlə bağlı həyəcan keçirir. O, Britninin ünvanına çoxlu lazımsız ifadələr işlətdiyini və indi buna görə çox peşman olduğunu qeyd edib.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru