Məşhur supermodel Cenis Dikinson Cici və Bella Hadidi tənqid etdi - FOTO

6-03-2021, 10:04           
Məşhur supermodel Cenis Dikinson Cici və Bella Hadidi tənqid etdi - FOTO
Dünyanın ən tanınmış super modellərindən olan 66 yaşlı Cenis Dikinson gənc həmkarları barədə fikirlərini bölüşərkən onları sərt şəkildə tənqid edib.

Bu barədə “Grazia” xəbər yayıb.

Bildirilir ki, vaxtilə Versace, Valentino, Kelvin Kleyn və Azedin Alayinin ilham pərisi olan Dikinson indiki modellərin 1970-80-ci illərinki ilə müqayisədə çox-çox zəif olduğunu bildirib.

“Bu qızlar ancaq sosial şəbəkə sayəsində maneken olurlar, Cici Hadid, Bella Hadid jurnalların üz qabığına çıxırlar”, - deyə o, narazılıqla bildirib.

“Müasir modellər heç vaxt bizimlə eyni səviyyədə olmayacaq. Biz sadəcə möhtəşəm idik. Onların nəyi var? Sadəcə baxışları. Hətta hərəkətlərinə rəngarənglik qatmırlar. Sadəcə dururlar və buna görə milyonlarla dollar alırlar”, - deyə Dikinson əlavə edib.

O əlavə edib ki, müasir modelləri çox gözəl hesab edir, bununla belə onları super model adlandırmaq olmaz.oxu
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru