Türkiyəli məşhurun “Instagram” hesabı oğurlandı: Dostluğunda olanları təhdid edib pul istədilər

17-05-2021, 07:53           
Türkiyəli məşhurun “Instagram” hesabı oğurlandı:
Türkiyəli məşhur model və aparıcı Elif Uzunun “Instagram” hesabı oğurlanıb.

“Günyadın” məlumat verir ki, mobil telefonuna gələn mesajı açandan sonra məşhurun başına belə hadisə gəlib.

İddiaya görə, onun dostluğunda olan müğənni, aktyor, model, siyasətçilər təhdid ediliblər.

Onun sözlərinə görə, hesabı ələ keçirən fırıldaqçılar dostluğunda olanlara təhdid mesajları yollayaraq deyiblər ki, əllərində onlara məxsus görüntülər var. Bu yolla həmin şəxslərdən pul istəyiblər. Bəziləri buna inanaraq onların dediyi hesaba pul köçürüb, bəziləri isə Uzuna zəng edərək bu barədə xəbər veriblər.

Uzunun şikayət məktubundan sonra qısa müddətdə hesabı qayıtsa da, artıq çox miqdarda pul oğurlanıb.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru