Əfsanəvi rok ulduzunun saçı hərraca çıxarıldı - FOTO

19-05-2021, 07:50           
Əfsanəvi rok ulduzunun saçı hərraca çıxarıldı - FOTO
Dünyaca məşhur “Nirvana” qrupunun solisti, 1994-cü ildə 27 yaşında intihar edən müğənni Kurt Kobeynin saçı hərraca çıxarılıb.

“Haber Global” məlumat verir ki, əfsanəvi rok ulduzun saç telləri 14 145 dollara satılıb.

Onun 6,5 santimetr uzunluğunda hər teli üçün 2 357 dollar ödənilib.

Ulduzun saç telləri 1989-cu ilin 29 oktyabrından Britaniyanın Birmingham şəhərində dostu Tessa Osborn tərəfindən kəsilərək saxlanıb.

Kobeyn və qrupunun 1993-cü ildə “MTV Unplugged in New York” performansında istifadə etdiyi akustik gitara 2020-ci ilin iyun ayında keçirilmiş hərracda 6 milyon dollara satılmışdı.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru