“Avroviziya”nın finalına bu ölkələr çıxdı - VİDEO + YENİLƏNİB

19-05-2021, 09:04           
“Avroviziya”nın finalına bu ölkələr çıxdı -
Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanı “Avroviziya”da təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxaraq “Mata Hari” adlı mahnısını ifa edəcək.

Ölkəmizin rəqibləri Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltadır.

***

Müsabiqənin birinci yarımfinalında Azərbaycanın çıxışı oldu.

Qeyd edək ki, Samirənin çıxışından sonra bukmeyker proqnozunda Azərbaycan 18-ci pilləyə yüksəlib.

***

Yarımfinalın nəticələrinə əsasən müsabiqənin finalına Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna təmsilçiləri çıxıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru