İndiana Consun papağı, Harri Potterin eynəyi və sehirli çubuğu hərraca çıxarılacaq

20-05-2021, 06:18           
İndiana Consun papağı, Harri Potterin eynəyi və sehirli çubuğu hərraca çıxarılacaq
Məşhur Hollivud ulduzu Harrison Fordun ifasında macera həvəskarı İndiana Consun papağı hərraca çıxarılacaq.

Bu barədə “Prop Store” hərrac evi “Twitter” səhifəsində məlumat yayıb.

Məlumata görə, papağın ilkin qiyməti 250 min dollardır.

Papaq 1984-cü ildə “İndiana Cons və tale məbədi” adlı filmin çəkilişləri zamanı istifadə olunub.

Bununla yanaşı, hərracda Harri Potterin eynəyi və sehirli çubuğu, “Ulduz müharibələri: Skayuokerin yüksəlişi” filmindəki dron da satışa çıxarılacaq.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru