Optik illüziyalı cinslər sosial şəbəkədə müzakirə obyektinə çevrildi - FOTO

20-05-2021, 07:55           
Optik illüziyalı cinslər sosial şəbəkədə müzakirə obyektinə çevrildi - FOTO
Cənubi Koreyanın “Leje” markasının qeyri-adi cins dizaynı sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Bu barədə “Oddity Central” portalı xəbər verib.

Məlumata görə, söhbət optik illüziyaya sahib “Slash Jeans” şalvarlarındaqn gedir.

Bununla bağlı ilk paylaşım @_gastt ləqəbli “Twitter” istifadəçisi tərəfindən edilib. Paylaşım az müddətdə 30.000-dən çox bəyənmə toplayıb və çoxsaylı müzakirələrə səbəb olub.


İstifadəçilərdən bəziləri şalvarın dizaynının çox narahat olduğunu bildiriblər.

“Bu optik illüziyadan gözlərim ağrıdı”, “Mənə elə gəlir ki, çox narahat geyimdir”, “Bu dizayn məni qorxudur”, “Bu dəbi heç bir zaman anlamayacağam”, - kimi tənqidlər bildirilib.

Digərləri isə markanın dizaynını yüksək qiymətləndiriblər.

“Bütün yığdıqlarımı bunları almağa sərf edərdim”, “Çox əla görünür!”, “Maraqlı görünüşü var, elə bil ki, samuraylar şalvarı kəsib”, “Onlar mənim çox xoşuma gəlir”, - deyə bildiriblər.oxu



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru