Məşhur aktrisa və müğənniyə Rusiya vətəndaşlığı verildi - Foto
26-10-2021, 11:46
Tanınmış aktrisa və müğənni Natalia Oreyroya Rusiya vətəndaşlığı verilib.
Müvafiq fərman ölkə prezidenti Vladiir Putin tərəfindən imzalanıb.
Fərmana əsasən, vətəndaşlıq aktrisanın özüylə yanaşı onun 9 yaşlı oğlu Molyo Oreyroya da verilib.
Qeyd edək ki, 44 yaşlı Natalia Oreyro Uruqvayda anadan olub. O, Argentina kinematoqrafçılarının istehsalı olan “Vəhşi mələk” teleserialı ilə məşhurlaşıb.pia.az