Demi Mur eleqant stili ilə göz qamaşdırdı - FOTO

27-10-2021, 09:11           
Demi Mur eleqant stili ilə göz qamaşdırdı - FOTO
Hollivud ulduzu Demi Mur son zamanlar heç bir tədbirdən qalmır, Parisdə, həmçinin Los-Ancelesdə Moda həftəsinə qatılıb.

Sonuncu dəfə isə Los-Ancelesdə fotoqraf Brayn Bouen Smitin “Drivebys” fotokitabının təqdimat mərasimində görünən aktrisa eleqant stili ilə göz qamaşdırıb. Məlumata görə, onun əynində “Fendi” brendindən üzərində qara xalları olan ağ paltar olub. O, geyimini uzun şərf, qara çəkmə, eynək və təbii makiyajı ilə tamamlayıb.

58 yaşlı ulduzun bu stili pərəstişkarları tərəfindən müsbət qarşılanıb, onlar aktrisanın gənc görünüşünə heyranlıqlarını bildiriblər.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru