Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır

27-10-2021, 08:37           
Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır
Əməkdar artist Elizbar Osmanovu maşın vurub.

Teref.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.

1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.

Xəstəxanadan verilən məlumata görə, əməkdar artist cərrahi əməliyyata alınıb.

Əməliyyat bitib, xəstənin vəziyyəti ağırdı.

Elizbar Osmanovu vuran "BMW" markalı maşının sürücüsü polis tərəfindən dindirlir.

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə bu il "Əməkdar artist" fəxri adı verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru