Çəklişləri zamanı qan tökülən filmin taleyi açıqlandı - FOTO

28-10-2021, 09:57           
Çəklişləri zamanı qan tökülən filmin taleyi açıqlandı - FOTO
Çəkiliş meydançasında faciə yaşanan “Rust” (“Pas”) filmin çəkilişləri istintaqdan sonra davam edəcək. Bu barədə filmin prodüsserləri xəbər veriblər.

Bildirilir ki, hazırda gələcək üçün plan qurmaq çətindir.

“Biz bu böhrandan keçərkən, ən azı istintaq bitənə qədər çəkilişləri dayandırmaq qərarına gəldik. Bununla belə söhbət filmin ümumiyyətlər dayandırılmasından yox, fasilədən gedir”, - deyə onlar əlavə ediblər.

Xatırladaq ki, Nyu-Meksikoda “Rust” qərb filminin çəkilişləri zamanı aktyor Alek Bolduin güllə ilə dolu tapançadan atəş açmışdı. Nəticədə 48 yaşlı rejissor Coel Souza və 42 yaşlı kinooperator Qalina Hatçins yaralanmışdı. Souza bir neçə saat sonra xəstəxanadan buraxılsa da, Hatçinsin həyatını xilas etmək mümkün olmadı.

Bolduinə qarşı hələlik heç bir ittiham irəli sürülməyib.

Halyna inspired us all with her passion and vision, and her legacy is too meaningful to encapsulate in words. Our loss is enormous, and we ask that the media please respect my family’s privacy as we process our grief. We thank everyone for sharing images and stories of her life. pic.twitter.com/LgEp4XVkja

— Matt Hutchins (@mhutchins) October 23, 2021














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.