Hollivud ulduzu Kianu Rivzin baş rolunu canlandırdığı “Matrix” filminin 4-cü hissəsinin çəkilişləri yekunlaşıb.
Xeberoxu.az xəbər verir ki, aktyor çəkilişlərin bitməsinin ardından heyətə sürpriz edib. O, kaskadyorlar komandasındakı hər bir şəxsə dəyəri 9 min dollar (təxminən 15 min 290 manat) olan saat hədiyyə edib.
O, bundan başqa, çəkiliş zamanı heyət üçün davamlı olaraq ziyafətlər təşkil edib.