Mətanət İsgəndərlinin nəvələri analarından alındı

28-10-2021, 12:15           
Mətanət İsgəndərlinin nəvələri analarından alındı
Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidovanın (Canana) əri Kərim Həmidova qarşı boşanma və uşaqların ananın himayəsinə verilməsi iddiası üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində Etibar Mustafayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

A.Həmidovanın vəkili Namiq Hacıyevin məlumatına görə, iddia qismən təmin olunub. Hakim A.Həmidovanın boşanma tələbini təmin edib. Qərara əsasən, ailənin hər üç övladı atanın himayəsinə verilib və ata tərəfindən ümumilikdə aylıq 525 manat alimentin ödənilməsi dayandırılıb.

Qeyd edək ki, vəkil A.Həmidovanın qərardan narazı olduğunu, apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canana ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.