Dünyanın ən məşhur serialı öz kriptovalyutasını buraxır - FOTO

30-10-2021, 08:05           
Dünyanın ən məşhur serialı öz kriptovalyutasını buraxır - FOTO
Koreya istehsalı olan və dünyanın ən məşhur serialı sayılan “Squid game” özünün kriptovalyutasını işə salıb.

Hazırda “Squid” adlanan kriptovalyuta 2,22 dollara başa gəlir, tokenin bazar dəyəri isə 174 milyon dolları ötür.

“Squid” tokeni “Squid Game” əsasında eksklüziv oyun sikkəsi kimi buraxılıb.

Noyabr ayında platformada 6 turdan ibarət onlayn müsabiqə (seriyadakı kimi) başlayacaq (Serial böyük pul mükafatı qazanmaq ümidi ilə uşaq oyunlarını oynayan böyüklərin ölümcül turnirindən bəhs edir).

Tokenin satışı oktyabrın 20-də başlayıb.

Bununla belə, “CoinMarketCap” istifadəçilərin bu tokeni məşhur mərkəzləşdirilməmiş “Pancakeswap” birjasında sata bilməyəcəyini deyib. Bunun səbəbi hələ aydın deyil.


Mənbə: CNBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru