“Netflix” ən çox baxılan filmlərin və serialların olduğu yeni sayt istifadəyə verib - FOTO/VİDEO

18-11-2021, 08:38           
“Netflix” ən çox baxılan filmlərin və serialların olduğu yeni sayt istifadəyə verib - FOTO/VİDEO
“Netflix” striminq xidməti, platformasında ən çox baxılan filmlərin və serialların sıralandığı top10.netflix.com-u istifadəyə verib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Hər siyahıda on mövqe var. Onlar dörd əsas kateqoriyanı əhatə edir - ingilisdilli filmlər, ingilisdilli seriallar, xarici dillərdə filmlər və xarici dillərdə seriallar. Eyni zamanda, xidmətin fəaliyyət göstərdiyi 90 ölkənin hər biri üçün müvafiq siyahıları görmək mümkündür.

Şirkət siyahıları həftənin çərşənbə axşamı günləri yeniləmək niyyətindədir. Hazırda son həftələrdə xidmətin hansı filmlərinin və seriallarının ən populyar olduğunu görmək mümkündür.

Bundan əlavə, saytda xidmətin bütün tarixində ən populyar filmlərin və serialların siyahıları var. Xidmətdə yerləşdirmənin ilk dörd həftəsi ərzində onların ümumi baxış vaxtı da əsas götürülür.

Ən populyar ingilisdilli filmlərin siyahısına “Bird Box” (2018), “Bridgerton” serialının (2020) ilk sezonu başçılıq edir.


Xarici dillərdə çəkilən filmlər arasında Almaniya istehsalı “Blood Red Sky” (2021) öndə gedir, seriallar arasında ən populyarı “Squid Game”dir (2021).














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.