Yaponiyalı rəssam, kinofilmlərdə kostyum dizayneri kimi çalışmış Emi Vada 84 yaşında vəfat edib.
O, 1986-ci ildə Akira Kurasavanın “Ran” filmindəki işinə görə “Oskar” mükafatına layiq görülüb. Filmdə Vadanın yaratdığı samuray geyimləri ABŞ kinoakademikləri tərəfindən yüksək qiymətləndirilib.
Mərhum həmçinin “Matropoliten” opera teatrı üçün də geyimlər hazırlayıb.