Emin Ağalarovdan bacısı ilə bağlı paylaşım

11-01-2022, 12:18           
Emin Ağalarovdan bacısı ilə bağlı paylaşım
Xalq artisti Emin Ağalarov bacısı Şeyla Ağalarovanı 29-cu doğum günü münasibətilə təbrik edib.

OLAY yazır ki, sənətçi bu barədə İnstaqram hesabında onunla fotolarını paylaşıb.

Emin şəkillərin şərh bölümünə "Ad günün mübarək, eşqim! Dünyanın ən yaxşı bacısı, həmişə xoşbəxt ol", - deyə, yazıb.

Qeyd edək ki, Şeyla Araz və İrina Ağalarovanın ikinci övladıdır. O, Nyu-Yorkdakı "Fashion Institute of Technology"ni bitirib. Dizayn sahəsində çalışır və öz biznesini təsis edib.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.