“Qadınlar ərlərinin nazı ilə oynamaq əvəzinə əmr verirlər”

15-01-2022, 13:05           
“Qadınlar ərlərinin nazı ilə oynamaq əvəzinə əmr verirlər”
Əməkdar artist Elza Seyidcahan “Qadınların borcudur ki, hər zaman ərlərinin xəyanətini bağışlasınlar” ifadəsinə aydınlıq gətirib.
Axşam.az xəbər verir ki, müğənni “Elgizlə izlə” proqramında bu haqda danışıb.

“Xəyanət” terminini özümüzüdən uydurmuşuq. Bu günlərdə bir cavan xanımdan soruşuram, ailəlisən? Saç ustası deyir ki, boşanmışam. Deyirəm niyə? Cavab verir ki, xəyanət edib. Özü də biri deyir əmimoğludur, o biri deyir xalamoğludur… Əri də uşaqlara baxmır, yenidən evlənib. Öz əli ilə ərini əldən buraxıb. Qız da indi peşman olub, çünki oğlanın artıq ailəsi var. Qız ərinin telefonunda mesajını tutub.

Elə qadınlar görmüşəm ki, həyat yoldaşlarının başqa yerdə övladı var, ona deyirlər belədir, ancaq keçir. Ağıllı olmayıb nə edəcəksən ki, nə qazanacaqsan? Baxır necə xəyanətdir. Bəzi şeylər var ki, onu da demək istəmirəm. Qadın öz zəifliyini ortaya çıxardır. Xanımın övladları dünyaya gələndən sonra həyat yoldaşaları uşaqlarının atası olur. Qadınlar ərlərinin nazı ilə oynamaq əvəzinə onlara əmr verirlər. Deyirlər, borcundur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru