Məşhur dünya ulduzu Qədir Rüstəmovla bağlı PAYLAŞIM ETDİ - FOTO
21-01-2022, 12:08
Dünyaca məşhur reper Snup Doq 67 milyon izləyicisi olan İnstaqram hesabında Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən olan mərhum Xalq artisti Qədir Rüstəmovla bağlı paylaşım edib.
Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, sənətçi 15,5 milyon izləyicisi olan “Clips” adlı instaqram səhifəsinin paylaşımını öz stori bölümündə yerləşdirib.
“Ay Zaur” proqramından olan arxiv görüntülərdə Qədir Rüstəmovun muğam oxuyur. Həmçinin, videoda 2017-ci ildə vəfat edən Xalq artisti Qəndab Quliyeva, aparıcı Zaur Kamal da yer alıb.