Türkiyənin Azərbaycanda da məşhur aktyoru Ayberk Pekcan vəfat edib.
Aktyor uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
O, ağciyər xərçəngindən əziyyət çəkirdi.
Ayberk Pekcan 1970-ci ildə Mersində anadan olub. O, “İhlamurlar Altında”, “Yaprak Dökümü”, “Kurtlar Vadisi” və “Keşanlı Ali Destanı” seriallarında oynayıb. 2010-cu ildə baş rolda oynadığı “Saçlar” bədii filmi milli və beynəlxalq kinofestivallarda mükafatlar alıb. 2012-ci ildə ekranlara çıxan “Aşk ve Devrim” filmindəki roluna görə 23-cü Ankara Beynəlxalq Film Festivalında “Ən yaxşı köməkçi kişi aktyoru” mükafatına layiq görülüb.
Ayberk Pekcan daha çox "Kurtlar vadisi" serialındakı "Şemo", "Diriliş Ertoğrul"dakı "Atuk bey" obrazı ilə məşhur idi.