Con Lennonun oğlunun şəxsi əşyaları NFT tokenləri şəklində satılacaq – FOTO
26-01-2022, 09:29
“The Beatles” qrupunun solisti Con Lennonun oğlu Culian Lennonun şəxsi kolleksiyası Kaliforniya ştatının Beverli Hills şəhərindəki “Julien's Auctions” auksionunda satılacaq.
Hərracın saytında yerləşdirilən məlumatda bildirilir ki, hərrac fevralın 7-də keçiriləcək.
Registration and Bidding is now open for Lennon Connection: The NFT Collection. In collaboration with @JuliensAuctions x @YellowHeartNFT , a portion of the proceeds will be donated to @TWFFofficial to offset carbon via @nori. Learn more at https://t.co/6l5nzO1CHJ pic.twitter.com/bvG7EHAX88
— Julian Lennon (@JulianLennon) January 24, 2022 Təqdim olunan əşyalar arasında Pol Makkartninin valideynlərinin boşanması ilə əlaqədar Culiana təsəlli vermək üçün yazdığı “Hey Jude” mahnısı üçün notlar da var. Bundan əlavə, bu kolleksiyaya Con Lennonun iki fərqli filmdə çəkildiyi zaman geyindiyi orijinal Əfqanıstan palto və qara plaş daxildir.
Açıqlamada deyilir ki, Culiana atasının şəxsən bağışladığı üç gitara da hərraca çıxarılır.