Tarkan koronavirusa yoluxduğunu açıqladı – FOTO

3-02-2022, 09:42           
Tarkan koronavirusa yoluxduğunu açıqladı – FOTO
Pandemiya başlayandan bəri bütün konsertlərini təxirə salan və həyat yoldaşı Pınar Tevetoğlu, qızı Liya ilə birlikdə Almaniyada yaşayan məşhur türkiyəli sənətçi Tarkan koronavirusa yoluxduğunu açıqlayıb.

Sənətçi bu barədə öz sosial şəbəkə hesabında yazıb.

49 yaşlı müğənni bütün təhlükəsizlik qaydalarına riayət etməsinə rəğmən COVID-19 yoluxduğunu yazıb.

Sənətçi həmçinin peyvənd olunduğunu və peyvənd vurduranların xəstəliyi daha yüngül keçirdiyinə əmin olduğunu qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.