Adel sevgilisi ilə ayrılıq xəbərinə aydınlıq gətirdi - FOTO

3-02-2022, 09:45           
Adel sevgilisi ilə ayrılıq xəbərinə aydınlıq gətirdi - FOTO
Britaniyalı məşhur müğənni Adel “Instagram”da sevgilisi ilə ayrıldığı barədə söz-söhbətlərə aydınlıq gətirib.

O, ilk olaraq BRIT mükafatının təqdimetmə mərasimində çıxış edəcəyini xəbər verib:

“Bunu səbirsizliklə gözləyirəm. Yeri gəlmişkən, Riç hər kəsə sevgi nuru göndərir”, – deyə Adel yazıb.

Qeyd edək ki, mediada bir gün əvvəl Adelin idman agenti Riç Pol ilə münasibətlərindəki problemlərə görə Las-Veqasdakı konsertini təcili olaraq ləğv etdiyi yazılmışdı. Müğənninin ətrafına yaxın mənbə onun konsertə hazırlaşmaq əvəzinə Los-Ancelesə sevgilisinin yanına getdiyini deyib.

Adelin özü konsertin ləğvini koronavirusla bağlı problemlər və vaxt azlığı ilə əlaqələndirmişdi.


Mənbə: Gazeta.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.