“Bozun 50 çaları” filminin ulduzu “Marvel” kainatına daxil olur - FOTO

5-02-2022, 10:39           
“Bozun 50 çaları” filminin ulduzu “Marvel” kainatına daxil olur - FOTO
Amerikalı aktrisa və model Dakota Conson “Marvel” kainatında filmin çəkilişləri ilə bağlı “Sony” ilə danışıqlara başlayıb.

Söhbət “Bozun 50 çaları”nın ulduzunun baş rolu oynaya biləcəyi “Madam Tor” adlı filmdən gedir. “Sony” şirkəti “Hörümçək Adam: Evə yol yoxdur” filminin uğurundan sonra bu layihə barədə qərar verib.

Filmin rejissoru Ey Cey Klarkson olacaq. Ssenarini Mett Sazama və Berk Şarpless yazacaq.

“Madam Tor” Piter Parkerə yaramazları tapmağa və onlarla mübarizə aparmağa kömək edən iflic olmuş bir cadugərdir.

Personaj ilk dəfə 1980-ci illərdə “Hörümçək adam” komikslərinin səhifələrində görünüb.



Mənbə: Deadline












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.