Baloğlan Əşrəfov bu səbəbdən xəstəxanaya getməyib - VİDEO

8-02-2022, 08:49           
Baloğlan Əşrəfov bu səbəbdən xəstəxanaya getməyib - VİDEO
Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov "O üz" proqramında qonaq olub.

Sfera.az xəbər verir ki, verilişdə atasının ölümündən danışan Peyman onun xəstəxanaya getməməsinin səbəbini açıqlayıb:

"Atam deyirdi ki, 70 yaşımı görməyəcəm. Bunu yarızarafat, yarıciddi qəbul etmək istəmirdik, amma müddət keçdikcə görürük ki, sözlərinin çoxu reallığa çevrilir. Koronavirusa yoluxanda xəstəxanaya getməsi üçün 3-4 dəfə məcbur etmək istədik. Dedi ki, yox, dünyamı dəyişsəm də, el adəti ilə yuyulub, kəfənləmək istəyirəm".

Qeyd edək ki, evində müalicə alan Baloğlan Əşrəfov ötən ilin aprelində dünyasını dəyişib.

Axşam.az/













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.