Leonid Aqutin: "Müharibəni dayandırın, razılaşın!"

2-03-2022, 12:03           
Leonid Aqutin: "Müharibəni dayandırın, razılaşın!"
Rusiyalı məşhur müğənni Leonid Aqutin Rusiya-Ukrayna müharibəsindən yazıb.

BAKU.WS xəbər verir ki, sənətçi hər gün müharibədə ölənlərin sayının artdığını deyib. Qan tökülməsinin səbəbkarını açıqlamayan Aqutin, Rusiyanı da təcavüzkar adlandırmayıb:

"6 gündür qorxu və çaşqınlıq içindəyəm. Dəhşətli faciədən 6 gün ötür. Allah görür, hər zaman vətənpərvər insan olmuşam. Nə siyasi şüarlar səsləndirmək, nə də vəziyyəti təhlil etmək fikrindəyəm.

Dua edirəm - müharibəni dayandırın! Razılaşın! Hər gün uşaqlarımız, Ukrayna vətəndaşları ölür, hər iki tərəfdən milyonlarla bədbəxt olan talelər, onların ağrıları və qorxuları var. Bu hadisənin bütün iştirakçıları siyasi ambisiyalarının başqa üsulunu tapmalıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru