“Bizi eşitməyiniz üçün xahiş edirik” - Ukraynalı müğənni

2-03-2022, 12:12           
“Bizi eşitməyiniz üçün xahiş edirik” -
Ukraynalı məşhur müğənni Dmitriy Monatik də bir çox həmkarı kimi ölkəsi üçün video-müraciət yayımlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, instaqramda video paylaşaraq Ukraynadakı mövcud vəziyyətdən danışıb.

"Mən həmişə yaradıcılığımla xəyallara sülh, yaxşılıq, sevgi, inam gətirməyə çalışmışam. Çoxunuz bizim konsertlərimizdə olmusunuz və orada həmişə sülh olub. İndi ölkə gözümüzün qarşısında dağılır. Bizi eşitməyiniz üçün xahiş edirik. Bu zaman Ukraynada dinc sakinlər ölməkdə davam edir. Mənə elə gəlir ki, insanların böyük bir gücü va. Ona inamımı itirmək istəmirəm. İnanıram ki, indi susmayan və həqiqəti söyləyən insanlar da bu müharibənin dayandırılmasına kömək edə bilərlər", - deyə Monatik vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru