“Eyforiya” “Taxt oyunları”ndan sonra ikinci ən populyar seriala çevrilib

3-03-2022, 09:45           
“Eyforiya” “Taxt oyunları”ndan sonra ikinci ən populyar seriala çevrilib
Sem Levinsonun “Eyforiya” serialı HBO-nun istehsal etdiyi ikinci ən populyar şou olub.

Layihə yalnız “Taxt oyunları” (Game of Thrones) fantastik serialından geri qalıb. Belə ki, təkcə “Eyforiya”nın ikinci sezonunun final bölümü 6,6 milyon tamaşaçı auditoriyası toplayıb.

Serialın ikinci mövsümü orta hesabla 16,3 milyon tamaşaçının diqqətini cəlb edib ki, bu da “Taxt oyunları” istisna olmaqla, son 18 ildə HBO üçün ən yüksək göztəricidir.

Qeyd edək ki, artıq yeddinci həftədir serial ABŞ-dakı HBO Max yayım platformasında, həmçinin Avropa və Latın Amerikasında “həftənin serialı” və ən yaxşı şousu kimi tanınır.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru