Musiqiçi 30 il əvvəl oğurlanan səs gücləndiricisini tapdı

3-03-2022, 11:15           
Musiqiçi 30 il əvvəl oğurlanan səs gücləndiricisini tapdı
Uelsin Nit şəhərindən olan bir musiqiçi 30 il əvvəl oğurlanmış səs gücləndiricisini tapıb.

74 yaşlı Rey Uilyams uzun illər müxtəlif məşhur musiqiçilərlə, o cümlədən Frenk Zappa, Bleck Sabbat, Devid Esseks və Bonni Tayler ilə çıxış edib. Onun sifarişlə hazırlanmış səs gücləndiricisi avtomobili ilə birlikdə oğurlanıb.

1979-cu ildə musiqiçi özünə bahalı gücləndirici düzəltdirib. Lakin avtomobilin qaçırılması ilə birlikdə, bahalı cihaz da əldən çıxıb.

“Ən çox məni avtomobil yox, 5 min funt-sterlinqə başa gələn və arxa oturacaqda yatan avadanlıq narahat edirdi”,- deyə o, bildirib.

Nəhayət ki, bu yaxınlarda musiqiçi növbəti dəfə musiqi saytlarına baxanda satışda olan səs gücləndiricisini görüb.

Uilyams satıcıya səs gücləndiricinin mülkiyyətini sübut edən sənədi təqdim edib. Bundan sonra satıcı özü Nitə gələrək avadanlığı musiqiçiyə qaytarıb.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru