Rusiyada məşhurların instaqram səhifəsi bağlanır - FOTO

4-03-2022, 09:39           
Rusiyada məşhurların instaqram səhifəsi bağlanır - FOTO
Xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimləri ilə bağlı sanksiyalar tətbiq olunur.

Teref.Az Axşam.az-a istinadən xəbər verir ki, bu qadağaların hədəflərindən biri də Rusiyanın "Eurovision" təmsilçilərindən olan Sergey Lazarev olub. Hazırda onun instaqram hesabı bağlanıb. Axtarışlarda müğənninin səhifəsi tapılmır. Guman olunur ki, bu, sözügedən sanksiyalar səbəbindən baş verib.

Qeyd edək ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukraynada xüsusi əməliyyatı dəstəkləməyən və eyni zamanda büdcə pulu alan mədəniyyət xadimlərinin istefaya göndərilməsini təklif edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru