İlin qadın müğənnisi məlum olub

4-03-2022, 10:24           
İlin qadın müğənnisi məlum olub
“Billboard Women in Music Awards”ın builki qalibi məlum olub.

Əsas mükafatı müğənni Oliviya Rodriqo alıb. Bonni Rayt ilin ikonası, Qabbi Barret isə əsas yüksələn ulduz kimi tanınıb.

Qeyd edək ki, ötən il mükafatlar heç kimə verilməyib. 2020-ci ildə isə əsas mükafatı amerikalı hip-hop sənətçisi Cardi B. qazanıb. Müğənni Cennifer Lopez musiqi sənayesinə xidmətlərinə görə ilin ikonası, kantri müğənnisi Dolli Parton isə 2020-ci ilin əsas hitmeykeri hesab edilib.

Mənbə: lenta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.