Maykl Ceksonun Las-Veqasdakı malikanəsi satılır 5-03-2022, 11:40 ABŞ-ın Las-Veqas şəhərində müğənni Maykl Ceksonun icarə əsasında yaşadığı malikanə satışa çıxarılıb.Obyekt 9,5 milyon dollar dəyərində qiymətləndirilib.Cekson 2006-cı ildə onu icarəyə götürüb və bir il orada yaşayıb. O, yaşayış üçün ayda 50 min dollar ödəyib.Ev hazırda təqaüdçü həkim Donq Xue və onun həyat yoldaşına məxsusdur. Onlar evi 2010-cu ildə 3,1 milyon dollara alıblar.2400 kvadratmetrlik malikanə bal zalı, yay mətbəxi, veranda, tennis kortu, hovuz və spa sahəsi ilə təchiz edilib.Mənbə: lenta.ru Facebook-da paylaş