Camala Ukrayna ordusu üçün 67 milyon avro topladı

7-03-2022, 00:01           
Camala Ukrayna ordusu üçün 67 milyon avro topladı
Ukraynalı müğənni Camala Almaniyada milli seçimin finalında çıxış edərək Ukrayna Silahlı Qüvvələri üçün 67 milyon avro toplayıb.

O, 2016-cl ildə “Avrovizia”da qalib gəldiyi “1944” mahnısını ifa edib. Müğənni bu barədə “Instagram” səhifəsində xəbər verib.

Camala Rusiyanın onun ölkəsinə hücumçundan sonra fevralın 28-də iki övladı ilə bir yerdə Ukraynanı tərk edib. Onun həyat yoldaşı Bəlir ölkədə hərbi vəziyyət elan olunması səbəbindən onlarla bir yerdə gedə bilməyib.

Almaniyada “Avrovizia-2016” müsabiqəsinin qalibini milli seçim mərasiminə dəvət ediblər. Camala çıxışı zamanı Ukraynada baş verənlərdən danışıb və dəstək üçün təşəkkür edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru