Kseniya Sobçak Rusiyanı tərk etdi

7-03-2022, 09:13           
Kseniya Sobçak Rusiyanı tərk etdi
Özünü liberal siyasətçi adlandıran rusiyalı teleaparıcı Kseniya Sobçak oğlu ilə birlikdə Təl-Əvivə gedib.

Sobçakın sözlərinə görə, o, Rusiya vətəndaşıdır və buna görə də Rusiya Federasiyasının başlatdığı Ukrayna müharibəsi zamanı qaçmır, sadəcə olaraq tətilə uçur.

O, oğlunun məzuniyyətə çıxdığını və ona çoxdan bəri birlikdə tətil sözü verdiyini əlavə edib.

“Mən gedirəm, qaçmıram. İndi uşağın məktəb tətilidir və biz tətilə uçuruq, bunu çoxdan planlaşdırmışıq. Mən rusiyalıyam, Rusiya vətəndaşıyam, heç yerə getmirəm, mühacirət etmirəm, başqa vətəndaşlığım, sığınacaq yerim və yaxtam yoxdur”, - Sobçak qeyd edib.

Mənbə: “Unian”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru