Ukraynanı dəstəkləyən müğənnilərə qadağa qoyuldu

7-03-2022, 12:02           
Ukraynanı dəstəkləyən müğənnilərə qadağa qoyuldu
Rusiyanın "RU.TV" musiqi kanalı ukrayna əsilli müğənnilərə qadağa qoyub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, siyahıda bir çox rus ifaçılar da yer alıb. Bundan sonra İvan Dornom, Maks Barskix, Potapom və Nastya, MONATIK, DOROFEEVA, Loboda, Vera Brejneva, Valeriy Meladze, Alla Puqaçova, Maksim Qalkin və "Аквариум" qrupunun heç bir görüntüsü sözügedən kanalda yayımlanmayacaq.

Buna səbəb sözügedən sənət adamlarının Rusiyanın Ukraynaya hərbi hücumunu tənqid etməsi olub. Həmin sənətçilərlə müqaviləyə xitam verilib.

"Musiqiçilərin rus dinləyicilərinə öz siyasi mövqeyini bildirərkən təkəbbürlü, həqarətli münasibəti heç bir seçim qoymayıb, yuxarıda adıçəkilən musiqiçilərlə mövcud müqavilələrə xitam verilməsi qərara alınıb" deyə, yazıda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru