Meyxanaçılar arasında əlbəyaxa dava - Aydın Baləlini döydü - VİDEO

7-03-2022, 13:42           
Meyxanaçılar arasında əlbəyaxa dava -
Bakıda meyxanaçılar arasında dava düşüb.

Bakıxanov qəsəbəsində keçirilən toy məclislərinin birində söz ustaları arasında sərt deyişmə baş tutub. Rəşad Dağlı Aydın Lökbatanlı bir-birini aşağılayan ifadələr işlədiblər. Meyxanaçı Baləli isə hətta təhqirə keçib.

Toydan sonra restoranın dəhlizində tanınmış meyxanaçı Rəşad Dağlı ilə Aydın Lökbatanlı arasında mübahisə düşüb. Meyxanaçı Baləli Rəşad Dağlını müdafiə etmək istəyib. Bu vaxt Aydın onu döyüb. Rəşad isə ondan ötrü döyülən Baləlinin müdafiə etməyib, hadisə yerindən uzaqlaşıb.

Meyxanaçılar arasında yenidən davanın olacağı bildirilir.

Qeyd edək ki, uzun müddətdir, Rəşadla Aydın arasında problem yaşanır.

Məlumata görə, Rəşad Aydının çağırıldığı məclislərdə iştirak etmir. Bu toya isə Aydının gəlişindən xəbərsiz gedib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru