"Onsuz efir qonorar ödəməyəcək"

7-03-2022, 13:45           
"Onsuz efir qonorar ödəməyəcək"
Əməkdar artist Coşqun Rəhimov verilişə qatılmaq üçün televiziya rəhbərlərindn qonorar istəyən sənət adamlarından bəhs edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor "Zaurla Günaydın" proqramında bu məsələyə toxunub. O bildirib ki, sənət adamlarının bu istəyi heç vaxt reallaşmayacaq:

"Sovet dövründə bütün kanallarda iştirak edirdinsə, qonorar ödəyirdilər. Bu haqda danışdıqca, verməyəcək. Bu mövzuya toxunmayaq. Biz istəsək də, efirə gəlirik qonorar ödəyin desək də, olmayacaq".

Qeyd edək ki, müğənnilər Xatirə İslam, Natavan Həbibi və reper Elşad Xose verilişə gəlmək üçün qonorar istəməsi ilə gündəmə gəlmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru