Stinq daha rusiyalı oliqarxlar üçün mahnı oxumayacağına söz verdi

10-03-2022, 09:13           
Stinq daha rusiyalı oliqarxlar üçün mahnı oxumayacağına söz verdi
Bir müddət əvvəl Ukraynanı açıq şəkildə dəstəkləyən əfsanəvi britaniyalı müğənni Stinq bundan sonra Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarxlar qarşısında çıxış etməyəcək.

“Britaniyada, Rusiyada və ya hər hansı bir yerdə heç bir oliqarxın konsert, toy və ya şənlik sifarişlərində iştirak etməyəcəm. O günlər arxada qaldı”, - deyə Stinq bəyan edib.

Stinqin sözçüsü əlavə edib ki, ifaçı Rusiyanın Ukraynaya təcavüzündən “dəhşətə düşüb”.

Xatırladaq ki, 2016-cı ildə Stinq maqnat Mixail Qutseriyevin oğlunun toyunda çıxış edib və ona bir milyard dollar ödənilib. Həmin şənlikdə Cennifer Lopez də olub.

Mənbə: “Unian”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.