Şəbnəm:“Buradakı azərbaycanlılar Rusiyadakıların dırnağı ola bilməzlər” - VİDEO

10-03-2022, 18:57           
Şəbnəm:“Buradakı azərbaycanlılar Rusiyadakıların dırnağı ola bilməzlər” - VİDEO
Müğənni Şəbnəm Tovuzlu onun ifa etdiyi janrı tənqid edən həmkarlarına cavab verib.

Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bu sözləri vurğulayıb:

“Mənim adım gələndə ağızlarını büzənlər, məndən artıq nə ifa edirlər ki? Mən olan toylarda siz ola bilmərsiniz. Çünki siz toy idarə edə bilmirsiniz. Sizi sadəcə toya çağırırlar, gəlib 3-5 fonoqram oxuyub gedirsiniz. İnsanlara düzgün musiqini təqdim edə bilmirlər. Onların heç biri Nadir Qafarzadə kimi toy apara bilməz. Barəmdə nəsə deyən müğənnilər Nadir Qafarzadədən artıqdır? Bunlar elə bilirlər ki, onlar getdiyi restoranlara bizi dəvət etmirlər. Yalandır, hamısında da olmuşam”.

Son zamanlarda Rusiyada toylara getməsi ilə gündəm olan Ş.Tovuzlu orada yaşayan azərbaycanlılardan danışıb:

“Orada elə azərbaycanlılar var ki, burdakılar onların dırnağı ola bilməzlər”.

Daha ətraflı süjetdə:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru