Robbi Uilyams və ailəsi evsiz qaldı

11-03-2022, 10:28           
Robbi Uilyams və ailəsi evsiz qaldı
Robbi Uilyams bütün evlərini satıb və indi ailəsinin harada yaşayacağını bilmir.

Bu ilin yanvarında müğənni Uiltşirdəki evini 6,75 milyon funta, keçən həftə isə Los-Ancelesdəki malikanəsini 37 milyon funta reper Dreykə satıb.

İndi ifaçı etiraf edib ki, o, həyat yoldaşı Ayda Fild və dörd övladı Teodora, Çarli, Kolett və Bo ilə birlikdə harada yaşayacaqlarını düşünürlər.

“Əslində, biz indi havadayıq. Mənzilimiz yoxdur, demək olar ki, hər şeyi satmışıq və biz nə edəcəyimizi anlamağa çalışırıq”, - deyə Robbi Uilyams bildirib. Müğənninin sözlərinə görə, mənzil seçimi məsələsini uşaqların müxtəlif yerlərdə oxuması, Robbinin özünün isə dünyanı gəzməsi çətinləşdirir.

Jurnalistlər müğənni və ailəsinin bir müddət Avstraliyaya köçməsinin mümkün olduğunu iddia edirlər. Belə ki, məhz orada onun həyatı ilə bağlı yeni bioqrafik film çəkiləcək.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru