“Otpetıye moşenniki” qrupu solistinin intihar səbəbi bəlli oldu - FOTO

12-03-2022, 09:38           
“Otpetıye moşenniki” qrupu solistinin intihar səbəbi bəlli oldu - FOTO
Rusiyanın “Otpetıye moşenniki” qrupunun sabiq solisti Tom Xaosun (Vyaçeslav Zirunov) intiharının səbəbi bəlli olub. Onun hər şeydən bezdiyi üçün həyatına qəsd etdiyi bildirilir.

Qeyd edək ki, martın 10-na ifaçının iki müsahibəsi olmalı idi. Ancaq o çəkilişə getməyib. Bundan narahat olan bacısı qonşudan ona dəyməyi istəyib. Qapı bağlı, işıqlar isə söndürülmüş olduğundan qonşu pəncərəni sındıraraq içəri daxil olub və məşhur müğənninin asılmış bədəni ilə rastlaşıb.

Mərhumun telefonunda ölümqabağı məktubu tapılıb. Orada Tom Xaos hər şeydən bezdiyini etiraf edib.

Qeyd edək ki, Vyaçeslav Zinurov 1996-cı ildən “Otpetıye moşenniki”n üzvü olub. Qrup əsasən “Devuşki bıvayet raznıye”, “A u reki”, “Obratite vnimaniye”, “Lyubi menya, lyubi” və s. kimi mahnılarla məşhur olub.


Mənbə: Woman.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.