Antiazərbaycan mövqeli erməni kinoprodüser həbs edildi

19-05-2022, 09:04           
Antiazərbaycan mövqeli erməni kinoprodüser həbs edildi
Ermənistan məhkəməsi prodüser Armen Qriqoryanın iki ay müddətinə həbs olunması barədə qərar qəbul edib.

Bu barədə vəkil Ruben Melikyan məlumat verib.

“Məhkəmə qətimkan tədbiri kimi iki aylıq həbs barədə qərar çıxarıb. Mən israrla bildirirəm ki, bu işin müstəsna siyasi çalarları var”, - deyə Melikyan bildirib.

Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti bir gün əvvəl Qriqoryanın saxlanması barədə məlumat yayıb. O, Ermənistanın iki rayonunun sakinlərini təhqir etməkdə ittiham olunub. Müstəntiqlərin sözlərinə görə, Qriqoryan internetdə dərc olunan ictimai çıxışında onların etnik mənşəyini şübhə altına alıb.

Xatırladaq ki, Qriqoryan kəskin antiazərbaycan, eyni zamanda da rusiyayönümlü mövqeyə malik ictimai xadim kimi tanınır və indiki Ermənistan hakimiyyətinin əleyhdarıdır. Qriqoryanın həm Ermənistan, həm də Rusiya vətəndaşlığı var.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru