Ermənipərəst olduğu üçün Bakıda konserti ləğv olunan müğənni DANIŞDI - "Mən şokdayam... "

20-05-2022, 11:03           
Ermənipərəst olduğu üçün Bakıda konserti ləğv olunan müğənni DANIŞDI - "Mən şokdayam... "
Bakıda konserti ləğv olunan ermənipərəst məşhur rusiyalı müğənni Lyubov Uspenskaya məsələ ilə bağlı sosial şəbəkədə reaksiya verib.

Teref.az musavat.com-a istinadla bildirir ki, müğənni "İnstagram" səhifəsinin şərh bölümünü bağlayaraq, qeyd edib:

"Yuxudan ayılanda sarı mətbuatda gedən bir xəbəri təəccübləndim. Xəbərdə bildirilirdi ki, Bakıdakı konsertim ləğv edilib, ona görə ki, Azərbaycan və Ermənistan xalqları arasında olan münaqişə ilə bağlı guya siyasi bəyanatlar vermişəm. Bu məni şoka saldı! İnsanlar məni nədəsə günahlandırmağa, münaqişəyə salmağa çalışırlar. Mən sülh adamı və xeyirxaham".

Müğənni bütün bunların üç il ortaya çıxan xəbərə görə baş verdiyini anladığını bildirib:

"Nəyə görə? Mən bütün Qafqaz xalqlarını həmişə sevən bir insan kimi azərbaycanlı sənətçilərlə eyni səhnədə onların dillərində “Ağ Çiçəyim” mahnısını ifa etmişəm. Mən həm Azərbaycanı, həm də Ermənistanı sevirəm, hansı ki, bir müddət orada yaşamışam. Mən həmişə siyasi konfliktlərin, aqressiyanın, müharibənin əleyhinə olmuşam. Bütün bunlardan sonra məni hansısa mövqeyinə görə ittiham edirlər? Mənim mövqeyim birdir – mən sülh tərəfdarıyam!

Beləliklə, cəmi bir neçə saat əvvəl, qəzəbli bir xəbərə görə konsertim artıq ləğv edilib.

Ümid edirəm ki, məni düzgün eşidəcəksiniz və ifadələri, sözləri kontekstdən çıxarmayacaqsız. Bu mənim cavabım və rəsmi açıqlamam idi. Daha şərh vermək istəmirəm və etməyəcəyim də”.

Xatırladaq ki, rusiyalı müğənni Lyubov Uspenskayanın oktyabrın 9-da Bakı Konqres Mərkəzində keçirilməsi gözlənilən konserti ləğv olunub. Səbəb onun ermənipərəst mövqeyini açıq şəkildə ifadə etməsi olub. Uspenskaya ermənipərəst mövqeyini açıq şəkildə ifadə etməklə yanaşı, KİV və sosial şəbəkələrdə Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədib.

Axşam.az saytının məlumatına görə paytaxt sakini müğənninin ermənipərəst mövqeyi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb. Bundan sonra konsertə bilet satışını həyata keçirən “iTicket.az”da elan silinib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.